DİGİBLOG.
Full-service design support that growing B2B companies need. World leading agency.
Full-service design support that growing B2B companies need. World leading agency.
11 Okt, 2022 / Nigar
Keçən həftələrdən etibarən Meta valideynləri düşünərək yeni qərar verib. Artıq valideynlərin icazəsi ilə övladları dostluq təkliflərini qəbul edə və digər tənzimləmələri edə biləcəklər.
Elə VR məhsullarının faydalı olub-olmaması barədə bir nəticəyə gəlməmişdik ki, Facebook Metadan yeni səda gəldi. Meta elan edir ki, artıq Meta Quest hesablarına qoyulan 13+ yaş meyarını aradan qaldıraraq 10-12 yaş aralığında övladları üçün valideynləri hesab aça biləcəklər. Bu hesabın özəlliyi isə təxmin etdiyiniz kimi valideyn idarəetməsində olacaq. Bir neçə özəlliyi ilə fərqlənən bu hesablarda həmçinin tətbiqlərin yükənməsi və dostluq təkliflərinin qəbul edilməsi valideynlərin nəzarəti ilə olacaq. Valideynlər həmçinin ekran limiti qoyaraq övladlarının Quest-dən istifadəsini də tənzimləyə biləcəklər. Bundan əlavə, ən maraqlısı isə odur ki, valideynlər övladlarının VR gözü ilə gördüklərini istədikləri zaman TV və telefon üzərindən izləyə biləcəklər.
Meta deyir ki:
"Yeni valideyn müdaxiləsi olan Meta hesabları ilə hərkəs öz ailə hesablarının istifadəsindən rahat olacaq. Biz yeniyetmə yaşına çatmamış uşaqların hesablarını ailələri tərəfindən təsdiqlənməyə göndəririk və artıq həmin hesaba göstəriləcək reklam və təklifləri yaş limitinə uyğun tənzimləyirik."
Lakin buna zamanı olmayan valideynlərə isə təklifimiz VR və sosial media istifadəsinin uşaqlar üçün ziyanı barədə araşdırmalar etmələridir. Bu haqda asanlıqla yürüdə biləcəyimiz tək təxmin odur ki, növbəti illərdə yeni psixoloji pozğuntu terminləri, yeni psixoloji xəstəliklər üçün araşdırmalar və məqalələr oxuyacağıq.
Düzgün istifadə etdiyimizdə sosial media və yeni texnologiyalar bizə yaşamın daha asan olduğunu, bu imkanların məişət və iş həyatımızda olan işlərin asanlaşdırılması üçün bizə verildiyini bir daha xatırlayırıq. Son olaraq isə istər VR eynəklər, istərsə də öz gözlərinizlə həyata gözəl baxa bilməyinizi arzu edirik. Onların qayğısına qalın, çünki qarşıda dərc olunmalı maraqlı məqalələrimiz oxunmaq üçün sizi gözləyir!
There are many variations of passages of Lorem Ipsum available, but the majority have suffered alteration in some form, by injected humour.