DİGİBLOG.
Full-service design support that growing B2B companies need. World leading agency.
Full-service design support that growing B2B companies need. World leading agency.
10 May, 2023 / Nigar
Sosial media və marketinq sahəsində çalışan müəssisələrin yeni müştərilər tərəfindən işə başlamazdan əvvəl daim məruz qaldığı: “Əvvəlki SMM-in paylaşım saatları var idi. Sizdə necə olacaq?” müqayisə cümləsinin təşviq etdiyi bu məqalədə 2023-cü ilin effektiv paylaşım saatlarını araşdırdıq ki, sizinlə də bölüşək.
Reklam və media agentlikləri və fərdi şəkildə fəaliyyət göstərən sosial media fədailəri paylaşım saatları mövzusunun vurğulanmasından bezməklərini danmayacaqlarına əminik. Lakin, etiraf etmək lazımdır ki, bu məsələyə agentlik olaraq biz də fərqli zamanlarda fərqli yanaşma göstərmişik.
TikTok platformasının məhşurlaşması ilə Instagram kontentinin və trendlərinin sürətlə dəyişilməsi və heşteqlərin rolunun azalmasına təsadüf edən zamanlarda paylaşımın saatının deyil, kontentinin böyük rol oynaması, hətta bəzən gecə saatlarında olan paylaşımların daha yüksək nəticə verməsi ilə müştərilərimizə bu təcrübəni teoriya müdafiəsinə çevirmişdik. İndi isə bizim də marağımızı cəlb edən “Sprouts Social”-un hazırladığı araşdırmanı təqdim edirik.
34.000 nəfər istifadəçisinin illik trendlər üzrə göstərdiyi nəticələrinə istinadən hazırladığı araşdırma ilə Sprouts, sosial media platformaları üzrə aktivliyi yüksək olan paylaşım saatlarını belə çatdırıb:
Facebook:
Bəzi brendlərin və müştərilərin marketinq strategiyasında əsas fokus olan FB üçün 2023-də qlobal olaraq paylaşımların ən effektiv saatlarını:
Instagram:
IG platforması üçün nəzərdə tutulan rəngli kontentlər, yenilənməkdə olan trendlər, barmaqlarımız altında saatlarla sürüşdürdüyümüz Reels-lər üçün aktivlik saatları isə belə verilib:
Həm Facebook, həm də Instagram üçün şənbə günlərini həftənin ən uğursuz aktivlik günü kimi qiymətləndirilməsini də nəzərdən qaçırmadıq. Həmçinin bəzi brendlərin auditoriyasının həftəsonu sosial media aktivliyinin çoxluq ehtimalları ilə paylaşdıqları postların, bir tərəfdən də həftəsonu istirahətində telefonlarından uzaqlaşan auditoriyalarına paylaşım etməyən brendlərin məntiqləri bir-biri ilə dostlaşa bilmir.
Twitter:
Elon Musk-ın Twitter-dəki işlərinin meyvəsi deyə yozduğumuz qeyri-sabit paylaşım saatlarından Sprout danışır:
LinkedIn:
LinkedIn platformasında yeniliklərini işıqlandıran şirkətlər isə 2023-cü ilin uğurlu saat təxminlərini belə qeyd edib:
TikTok:
Hegemonluğunu əlində saxlayan qısa videoları ilə milyonları özünə aludə edən TikTok, ölkəmizdə hazırda nahar saatlarımızın yarısını aparan videolar toplusudur. Trendləri gözündən vuraraq müştərilərimiz üçün hazırladığımız TikTok videoları ana səhifəsinə düşən şanslı insanlar isə sadəcə məqaləni oxumağa davam edə bilər:
Əsas hissəni isə sona saxladıq. Bizim də analiz etdiyimiz üzrə mənbə də təsdiq edir ki, nəticələr dəyişkəndir və hər bir hesabın özünəməxsus auditoriyası olduğu üçün bütün müştərilərinin sosial media platformalarında eksperimentlər apararaq paylaşım edirlər.
There are many variations of passages of Lorem Ipsum available, but the majority have suffered alteration in some form, by injected humour.